24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Digər idman növləri

Fedorov: “Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsinin qalibi olmaq çox xoşdur”

“Bu cür gözəl yarışa görə təşkilatçılara minnətdaram. Hər şey çox yüksək səviyyədə təşkil olunub. İkinci mərhələnin qalibi oldum və buna nəticəyə görə çox sevinirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının ikinci mərhələsinin qalibi olan Yevgeni Fedorov deyib.

Qazaxıstanın “XDS Astana Team” üzvü olan velosipedçi yarışdan sonra təşkil olunan mətbuat konfransında sevincini belə ifadə edib: “Bu yarışda rəqabət çox güclüdür. Startdan təxminən 30 nəfər irəli atılmışdı. Qalib olmaq çox xoşdur. Bizim hədəfimiz komandamızın birinci olması idi. Buna mənim, yaxud digər komanda yoldaşımın nail olması fərq etmidirdi”.

“Yarışda ən çətin məqam hansı idi?” sualını Fyodor belə cavablandırıb: “Yoxuş (gülür). Həqiqətən də çox çətin yoxuş idi. Növbəti mərhələdə hədəf maykanı qorumaqdır”

İbrahim Cədərov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30