9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Sahib Ələkbərov: “Gənc velosipedçilərimizin təcrübələri çatmadı, tələsdilər”

"Gənc velosipedçilərimizin biraz təcrübələri çatmadı, tələsdilər".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın ilk mərhələsinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, idmançılarımız tələsdikləri üçün finişə qədər gücləri çatmayıb: "Uşaqlarımız pis çıxış etmədilər. Qalibləri təbrik edirəm. Yarış asan olmadı. Doqquz illik fasilədən sonra müəyyən suallar var idi. Sevindirici haldır ki, bütün çatışmazlıqları aradan qaldırdıq".

S.Ələkbərov yarış zamanı kiçik qəza baş verdiyini, lakin bunun velosipeçilərlə əlaqədar olmadığını və yolun vaxtında təmizləndiyini vurğulayıb.

"Havanın isti olmasına baxmayaraq, yarış üçün maksimum komfortlu şərait yaradılıb".

Qeyd edək ki, “Sea Breeze”dən başlayıb, Sumqayıtda başa çatan veloturun ilk mərhələsinin qalibi Çinin “Li-ning star” komandasını təmsil edən belaruslu Aleksey Şnilko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31