9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

“Bakı-Xankəndi” veloyarışının ilk mərhələsi başa çatıb

Bu gün start verilən “Bakı-Xankəndi” veloyürüşünün ilk mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk mərhələ “Sea Breeze”dən başlayıb və Sumqayıtda yekunlaşıb.

Mərhələnin qalibi Çinin “Li-ning star” komandasını təmsil edən belaruslu Aleksey Şnirko olub. O, finişə 3 saat 30 dəqiqə 02 saniyəyə çatıb.

Rusiyalı Qleb Siritsa “XDS Astana Team”in heyətində ikinci, belçikalı Timoti Düpon isə “Tarteletto-Isorex” komandasında üçüncü olub.

İlk onluqda həmçinin Filippo Çettolin (İtaliya, “Bardiani CSF 7 Saber”), Kristian David Pita (Ekvador, “Roojai Insurance Winspace”), Tilen Finkşt (Sloveniya, “Solution Tech NIPPO Rali”), Marko Manenti (İtaliya, “Bardiani CSF 7 Saber”), Sander İnion (Belçika, “Madar Pro Cycling Team”), İniqo Eloseqi (İspaniya, “Equipo Kern Pharma”) və Yevgeni Fedorov (Qazaxıstan, “XDS Astana Team”) yer alıb.

Qeyd edək ki, beş mərhələdən ibarət veloyürüş 14 mayda Xankəndidə başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31