9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Cüdoçularımızdan Avropa Kubokunda 5 medal

Dünən Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə milli komandamız bir qızıl, bir gümüş və üç bürünc olmaqla, ümumilikdə beş medal qazanıb.

Mükafatların üçü 66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kq) və Rüfət Şövlətov (73 kq) yiyələniblər.

Bu gün başa çatacaq beynəlxalq turnirdə Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31