24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Digər idman növləri

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır.

Futbolxeber.az saytının məlumatına görə, turnir beş mərhələdən ibarətdir.

İlk mərhələ bu gün "Sea Breeze"dən start götürəcək və Sumqayıtda başa çatacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: "Sea Breeze"dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11 may

II mərhələ: Bakı-Şamaxı-İsmayıllı (193,2 kilometr)

12 may

III mərhələ: Qəbələ-Oğuz-Şəki-Mingəçevir (163,3 kilometr)

13 may

IV mərhələ: Gəncə-Göygöl-Goranboy-Suqovuşan-Talış-Naftalan (152,7 kilometr)

14 may

V mərhələ: Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi (181,3 kilometr)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30