9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Roland Hofer: “Çox xoşbəxtəm ki, yenidən Azərbaycana qayıtmışıq”

“Çox xoşbəxtəm ki, yenidən Azərbaycana qayıtmışıq və 2.1 kateqoriyasında yarış keçirəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib.

O, starta tam hazır olduqlarını bildirib: “20 ölkədən 24 komanda yarışacaq. Komandalar 4 qitəni əhatə edir. Həm dağ, həm də sürətli velosipedlərin mübarizəsini izləyəcəyik. Sprint yarışları keçiriləcək. Yarışın mərhələləri haqqında Sahib Ələkbərov tərəfindən məlumat verildi. Starta tam hazırıq. Startdan öncə komandaların təqdimatı olacaq”.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31