4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb

Bu gün Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işinə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimində Avropa Atletikasının prezidenti Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasını fəal tərəfdaş kimi qiymətləndirərək yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov bu cür tədbirlərin ümumi inkişaf yolunda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Bakıda görməkdən məmnun olduğunu qeyd edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov konfransın işinə uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Avropa Atletikasının CEO-su Kristian Milsin qurumun strateji yol xəritəsinin yenilənməsi, azarkeşlərin cəlb olunması və rəqəmsallaşma ilə bağlı yeni layihələrə dair təqdimatı baş tutub.

Ardınca Sloveniya, İspaniya və Danimarkadan olan nümayəndələr Avropa Atletikasının strateji yol xəritəsinin üzv federasiyalarda tətbiqi ilə bağlı çıxışlar ediblər.

Daha sonra liderlər üçün etika üzrə idarəetmə sessiyasında yarış manipulyasiyası, təhlükəsizlik və maraqlar toqquşmasının idarə olunması, həmçinin üzv federasiyalar üçün effektiv rəqəmsal transformasiya və data əsaslı monetizasiya strategiyaları müzakirə olunub.

Qeyd edək ki, 32 ölkədən 50 nümayəndənin qatıldığı konfransa sabah yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30