4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyə yüksəldi

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 7-ci turun partiyaları oynanılıb.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı hesabat turunda uğurlu çıxışını davam etdirib. Yeddinci turda Süleymanlı Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq yarış cədvəlində liderliyə yüksəlib.

Hazırda aktivində altı xal olan Aydın Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. Bu gün oynanılacaq 8-ci turda Aydın Süleymanlı Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.

Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. 7 turdan sonra Nicat Abasov 5,5 xalla 10-cu pillədədir.

Digər şahmatçılarımıza gəlincə Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaq. Avropa çempionatı 11 turdan ibarətdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30