4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib.

Görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.

Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.

Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30