4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

"Baku Open"in qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.

Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda - bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar.

"Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.

Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev - Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxrü kürsünün üçüncü pilləsinə qalxıblar.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30