9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

"2-ci dərəcə" məşqçi kursu başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, "2-ci dərəcə" məşqçi kursu 6-10 aprel tarixlərində Bakıda keçirilib. Təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Kursda AVF-nin "1-ci dərəcə" mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib.

Kursun yekununda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlər AVF-nin "2-ci dərəcə" məşqçi sertifikatını alacaqlar.

Qeyd edək ki, "2-ci dərəcə" məşqçi sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda fəaliyyət göstərə biləcək, eyni zamanda AVF-nin "3-cü dərəcə" məşqçi kursunda iştirak hüququ qazanacaqlar. Hər üç dərəcəni tamamlayan mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak edə biləcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31