9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Ercan Aslan və Gülay Orucova beynəlxalq turnirin qalibi olublar

"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.

Futbolxeber.az saytının məlumatına görə, Ercan Aslan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.

Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31