25 Sentyabr 2026, Cümə
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib

Azərbaycan Su İdman Növləri Federasiyası ilə Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə tələbələr üçün avarçəkmə üzrə "ustad dərsi" keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, akademiyanın tələbələri əvvəlcə Bakı Avarçəkmə və Kanoe İdman klubunun bazası ilə tanış olublar.

Onlara bazada olan akademik, kayak, kanoe, sahil avarçəkməsi və draqon qayıqları barədə məlumat verilib. Daha sonra həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda avar çəkmək qaydaları öyrədilib. "Ustad dərsi" keçirildikdən sonra tələbələr Xəzər dənizində avarçəkmə idman növündə özlərini sınayıblar.

Tədbirin təşkil olunmasında məqsəd su idman növlərinə marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin tələbələrin fiziki hazırlığının praktiki bacarıqlarla möhkəmləndirilməsidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30