26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Digər idman növləri

Güləşçimiz Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı sona çatıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu – yeddinci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə Rəqib ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.

Fərid Xəlilov (67 kq) üçüncülük mübarizəsində macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov bürünc medalı boynundan asıb.

Fəraim Mustafayev (72 kq) təsəlliverici görüşdə Dimitro Vasilyevi 4:2 hesabıyla üstələyib. Güləşçimiz bürünc medal qarşılaşmasında rumıniyalı Leonard Yuraskuyla üz-üzə gəlib. Görüşün əvvəllərində 0:4 hesabıyla geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 5:4. Beləliklə, Fəraim milli komandanın hesabına növbəti medalı yazdırıb.

Elmin Əliyev (82 kq) isə finalda gürcüstanlı Tornike Mikeladzeylə güləşib. Rəqib 2:0 hesabıyla önə keçsə də, güləşçimiz təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbəyə sevinərək U-23 Avropa çempionu olub.

Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız 100 xalla komanda hesabında 4-cü yeri tutub.

Xatırladaq ki, bir gün öncə Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30