25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycan idmançısı Anastasiya Papatoma “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançı Kortina d'Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda ilk enişini başa vurub.

92-ci sırada mübarizəyə başlayan slalomçu 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb və növbəti mərhələyə vəsiqə qazanıb.

İdmançının çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2 idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31