9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo texnikaları üzrə imtahan keçiriləcək.

Futbolxeber.az saytının ACF-yə istinadən verdiyi məlumata görə, imtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

Təsdiqlənmiş qrafikə əsasən, fevralın 19-20-də Bakı və Abşeron-Xızı regionları, 21-22-də isə yalnız digər region klubları sınaqdan keçəcəklər.

İmtahanda iştirak könüllüdür. Qaydalara əsasən, imtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir. Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq.

Ümumi bal hesablanarkən yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i əsas götürüləcək.

Qeyd edək ki, imtahan fevralın 19-dan 22-dək Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31