9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Cüdo millimizin üzvləri üçün maarifləndirici seminar

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisinin üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, seminar Azərbaycan Cüdo Federasiyasının tədris proqramı çərçivəsində təşkil olunub və cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.

Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31