2 Iyul 2026, Cümə axşamı
DÇ-2026: 1/8 finalın 5 cütü məlumdur
DÇ: İngiltərə 1/8 finala yüksəldi
“Qarabağ” "Ferentsvaroş"a da uduzdu
“Zirə” Türkiyə klubuna qalib gəldi

Digər idman növləri

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, açılış “San-Siro” stadionunda təşkil olunub.

Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb. Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilib. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilib.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.

Qış Olimpiya Oyunlarında 16 idman növü üzrə 116 medal uğrunda yarış olacaq ki, bu da 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur.

Qeyd edək ki, Azərbaycanı Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31