2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Digər idman növləri

Milli Paralimpiya Komitəsinin 2026-cı il üçün hədəfləri açıqlanıb

2026-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq. Yubiley ilində bir sıra yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O, gələn il üçün qarşıya qoyulan əsas hədəfləri açıqlayıb: “Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu təqdim olunacaq. Digər ölkələrin paralimpiya komitələri ilə əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək. Yeni tibbi təsnifat qaydalarına uyğunlaşdırma və əlilliyi olan Vətən müharibəsi iştirakçılarının paralimpiya idman növlərinə cəlb olunması prosesi davam etdiriləcək. Həmçinin karyerasını başa vuran paralimpiyaçıların məşqçi kimi fəaliyyətini davam etdirməsi üçün müvafiq dəstək göstəriləcək. Bunlarla yanaşı, yeni saytımızı istifadəyə verəcəyik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30