5 Iyul 2026, Bazar günü
“Qarabağ”ın 8-ci transfer - Rəsmi
"Zirə" Diqbeunu heyətinə qatdı
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
"Turan Tovuz"da yeni qapıçı

Digər idman növləri

Millimizin üzvü Yunanıstan Superkubokunun qalibi olub

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.

Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən verdiyi məlumata görə, hücumçunun formasını geyindiyi "Panionios" klubu finalda "Olimpiakos"la qarşılaşıb.

Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.

P.Rəhimova qələbədən sonra AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşüb:

"Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu "Olympiakos" idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31