Digər idman növləri
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı, velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. O qeyd edib ki, Bakı Veloparkının açılışı zamanı ölkə başçısının xüsusi olaraq vurğuladığı kimi, velosiped həm maraqlı və cəlbedici idman növüdür, həm də şose üzrə velosiped yarışları onların keçirildiyi yerlərin gözəlliklərinin geniş tamaşaçı kütləsinə çatdırılması üçün müstəsna imkanlara malikdir.
2013-2017-ci illərdə Azərbaycanda hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şose üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov 2015-ci ildə “Eurosport” kanalının hazırlayıb efirə verdiyi videoçarxı təqdim edib.
Sonra o, COVID-19 pandemiyası və bəzi digər səbəblərdən son illər bu sahədə müəyyən boşluqlar yarandığını qeyd edərək, cari ilin may ayında Velosiped Federasiyasının yeni rəhbərliyi seçildikdən sonra ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq, velosiped idmanının əvvəlki səviyyəsinin bərpa olunması üçün görülmüş işlər barədə qısa məlumat verib. Vurğulanıb ki, velosiped idmanının maddi-texniki bazası gücləndirilib, 12 şəhər və rayondakı idman məktəblərinin bazasında velosiped bölmələri yaradılıb. Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) müraciət edilib.
Bu ilin noyabr ayında yarış “Baku-Khankendi Azerbaijan Cycling Race” adı altında UCI-nın 2026-cı il üçün təqvim-planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında 1 Dünya Turu komandası, 7 Pro-Tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alır. Bu komandaların siyahısı ilə tanışlıqdan sonra “Bakı-Xankəndi” velosiped yarışının loqosu təqdim edilib.
S.Ələkbərov bildirib ki, planetin ən nüfuzlu idman kanalı “Eurosport”la əldə olunmuş razılığa əsasən, 5 gün ərzində yarışın bütün mərhələləri gündüzlər canlı olaraq, hər mərhələdən sonrakı axşam isə ən baxımlı vaxtlarda icmal şəklində 1 saat ərzində bütün dünyaya yayımlanacaq.
Sonra yarışın mərhələlərinin marşrutları təqdim olunub:
10.05.2026
I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)
11.05.2026
II mərhələ: Bakı - Şamaxı - İsmayıllı (193,2 kilometr)
12.05.2026
III mərhələ: Qəbələ - Oğuz - Şəki - Mingəçevir (163,3 kilometr )
13.05.2026
IV mərhələ: Gəncə - Göygöl - Goranboy - Suqovuşan - Talış - Naftalan (152,7 kilometr )
14.05.2026
V mərhələ: Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi (181,3 kilometr )
İclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub.
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyəti bir daha vurğulanıb və onun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verilib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
05.10.2026
04.10.2026
03.10.2026




















.jpg)



