Digər idman növləri
Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Konqres Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Memorialın tarixi və coğrafiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz çıxışında Vüqar Həşimovun ölkə şahmatı tarixindəki rolundan bəhs edib. O bildirib ki, Memorial təkcə anım tədbiri deyil, həm də mərhum qrosmeysterin xatirəsinə dərin hörmət əlamətidir. S.Qəhrəmanov Xankəndi işğaldan azad olunduqdan sonra bir çox yerli və beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 10-cu Vüqar Həşimov Memorialının Şuşada keçirildiyini xatırladıb. O, turnirin təşkilinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Vüqar Həşimovun ölkə şahmatına verdiyi töhfələrdən söz açan Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti onun uğurlarının gənc iti zəka sahibləri üçün motivasiya mənbəyi olduğunu deyib. O, dünyaşöhrətli şahmatçıların bu turnirə hər zaman həvəslə qatıldığını vurğulayıb. M. Məmmədov yarışın yüksək səviyyədə və ədalətli keçəcəyinə inamını ifadə edib.
Federasiya rəhbəri sonda bu il Azərbaycanda bütün şahmat yarışlarının qalibi olan Rauf Məmmədovu təbrik edib.
Sonra Vüqar Həşimovun atası, Memorialın Təşkilat Komitəsinin sabiq sədri, bu ilin yanvar ayında faciəvi hadisə nəticəsində vəfat edən Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin hazırkı sədri Sərxan Həşimov yarışın bundan sonra da keçiriləcəyinə söz verib. O bildirib ki, turnirin Xankəndidə təşkili tarixi hadisədir. S.Həşimov daha sonra yarışı açıq elan edib.
Memorialın baş hakim Rauf Hacılı isə iştirakçılara və qonaqlara yarışın reqlamenti haqqında məlumat verib. Onun sözlərinə görə, turnir rapid və blits yarışlarından ibarət olacaq. Hər iki yarış iki dövrə üzrə keçiriləcək, qalib ümumi xalların cəminə əsasən müəyyənləşəcək.
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Turnirə dekabrın 11-də yekun vurulacaq.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026
























