28 Aprel 2026, Çərşənbə axşamı
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Digər idman növləri

DÇ: Azərbaycanın daha iki boksçusu 1/8 finala yüksəlib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 2 idmançısı adını növbəti mərhələyə yazdırıb.

Maqsud Xasmetov (63,5 kiloqram) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.

Sərxan Əliyev (71 kq) isə Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30