16 Sentyabr 2026, Çərşənbə
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Azərbaycanın paralimpiya çempionu Özbəkistanda keçirilən festivalda iştirak edib

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalında iştirak edib.

Futbolxeber.az saytının Milli Paralimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, tədbirdə əvvəlcə idmançımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

İdmançı daha sonra əlilliyi olan könüllülərin də iştirak etdiyi festival iştirakçılarına öz uğur yolundan danışıb. Sonda tədbir iştirakçılarının sualları cavanlandırılıb.

Qeyd edək ki, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin qatıldığı "Biz birgəyik" beynəlxalq könüllülər festivalının budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.

Tədbirdə Milli Paralimpiya Komitəsini baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30