25 Sentyabr 2026, Cümə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Digər idman növləri

Sadıq Sadıqov vəzifəsindən getdi

“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilib. O, klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

Məlumatda o da bildirilib ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.

Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olub. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu və 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30