17 Sentyabr 2026, Cümə axşamı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “International Challenge” kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13).

O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30