Digər idman növləri
Mahir Məmmədov: “Şəhriyar Məmmədyarov əsl lider olduğunu göstərdi”
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov şahmatçılarımızın Batumidə keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirib.
Futbolxeber.az-ın məlumatına görə, o, AŞF-nin saytına açıqlamasında deyib ki, yarışın kişi şahmatçılardan ibarət millimiz üçün sabit alını: "Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüf ki, IX turda istədiyimiz nəticə alınmadı".
AŞF rəhbəri bildirib ki, şahmatda son turun öz qəribəlikləri var: "Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu, yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi".
M.Məmmədov digər şahmatçıların çıxışına da toxunub: "Rauf Məmmədov Ukrayna ilə qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığının təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə, qızıl medal daha yaxşı nəticədir. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi".
O, Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bölüşüb: “Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə, turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçilər heyəti - Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi, Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə qayıdacağına ümid edirik. Ayan Allahverdiyeva üçün millidə ilk çempionat kimi yadda qaldı. Bir partiyada, tamamilə uduş vəziyyətində qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə, biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı, öz lövhəsində birinci yerə çıxacaqdı".
Federasiya rəhbərinin sözlərinə görə, ümumiyyətlə, komandada realizə olunmayan məqamlar kifayət qədər olub: "Azərbaycan komandası böyük potensialını göstərdi. Fikrimcə, optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı, çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun ki, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik".
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb. Qadınlardan ibarət yığma isə 10-cu yeri tutub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























