15 May 2026, Cümə
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı

Digər idman növləri

Azərbaycan şahmatçıları təltif olunublar

Azərbaycan şahmatçıları Eltac Səfərli və Gülnar Məmmədova Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arasında Avropa çempionatında öz lövhələrində fərqləndiklərinə görə təltif olunublar.

Futbolxeber.az saytının Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb.

Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Gülnar Məmmədova isə dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan şahmatçıya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Qeyd edək ki, mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31