16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Digər idman növləri

Qadın voleybolçular arasında ölkə çempionatında yeni mövsümə start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Yüksək Liqanın açılış oyunu “Gəncə” və “Azərreyl” komandaları arasında baş tutub. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. Matç son çempion “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə bitib.

Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək. I turun “DH Volley” - “Abşeron” və “Gənclər” - “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq - liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31