1 Iyul 2026, Çərşənbə
Millimizin oyunu Gəncədə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı

Digər idman növləri

Şahmat millimiz Avropa çempionluğunu əldən verdi

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 13 xal olan Azərbaycan millisi yekun sıralamada ikinci yeri tutub. Millimizin xal itkisindən yararlanan Ukrayna Avropa çempionu olub. Son turda yığmamıza qalib gələn Serbiya qitə birinciliyinin bürünc medalını qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31