16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Boks millimizin baş məşqçisi: “Avropa çempionatında tarixi qələbə əldə etdik”

“Avropa çempionatında tarixi qələbə əldə etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatının nəticələrini dəyərləndirərkən deyib.

Mütəxəssis milli komandanın yarışda inamlı çıxış etdiyini bildirib: “Çempionat yüksək səviyyədə təşkil olunmuşdu. 33 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırdılar. Komandamızın üzvləri yarışda çox yaxşı çıxış etdilər. Bilalhəbaşi Nəzərov (50 kiloqram) Azərbaycan boks tarixində ilkə imza atdı. O, yerli gənclər arasında 2-ci dəfə Avropa çempionu titulunu qazandı. Oğlanlarla yanaşı, qızlarımız da özlərini yaxşı tərəfdən göstərdilər. Gümüş və bürünc mükafata yiyələndilər. Növbəti yarışlarda da yaxşı çıxış etməyə və medalların sayını artırmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan boksçuları turniri 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medalla başa vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30