1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

Yenilənən cüdo zalı istifadəyə verilib

Azərbaycan İdman Akademiyasında (AİA) əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib.

Futbolxeber.az saytının məlumatına görə, zalın açılış mərasimində çıxış edən AİA-nın rektoru Fuad Hacıyev cüdoçuların peşəkar hazırlığının və sağlam həyat tərzinin təşviqinin Akademiyanın əsas prioritetləri arasında olduğunu bildirib.

Rektor göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını ifadə edib.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında üç ildir ki, AİA ilə federasiya arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib. O, həmçinin bildirib ki, Böyük Britaniyanın Hertfordşir Universiteti ilə birgə cüdo sahəsində praktiki dərslərin təşkili və yeni məşqçilər üçün ixtisasartırma kurslarının keçirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Daha sonra Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen çıxış edərək, AİA və ACF arasında qurulan üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın cüdo biliklərinin yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq arenada da yayılmasına böyük töhfə verdiyini vurğulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31