1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Üzgüçülük Federasiyası ukraynalı mütəxəssislə əməkdaşlığa başlayıb

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.

Bundan öncə O.Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milliləri ilə çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət millilərdən əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.

Mütəxəssis ASF-nin mətbuat xidmətinə açıqlamasında biliklərin digər nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb:

"Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31