2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunev Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki böyük uğura imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə idmançı 25 metr məsafəyə sürətli atəş üzrə yarışda parlaq çıxış edərək bir çox güclü rəqibini geridə qoyub və ikinci yeri tutaraq Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunev ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Theo Moczko-ya məğlub olaraq ikinci gümüş medalı qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31