2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın Skopye-2025-dəki bayraqdarları müəyyənləşib

Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 20-də Şimali Makedoniyanın paytaxtı Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək mərasimdə üçrəngli bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaq. Zeyd Ələsgərov cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi, Humay Dadaşova isə taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibidir.

Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.

Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31