2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yerli mütəxəssislərindən Orxan Səfərov “Cüdo üzrə təlimatçının rolu və məsuliyyətləri”, britaniyalı ekspert Bob Çallis isə “Cüdoda sağlamlıq və təhlükəsizlik” mövzusunda seminarlar keçiblər.

Proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri də keçirilir.

Təşəbbüsün əsas məqsədi məşqçilik ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31