2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Naxçıvanda MMA üzrə açıq birincilik keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA idman növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Turan" Döyüş Klubu tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın idmançı qatılıb.

13 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Mükafatlandırma mərasiminin əvvəlində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidova idmançılara göstərilən diqqət və dəstəyə görə Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov tərəfindən təşəkkürnamə təqdim olunub.

Federasiyanın Naxçıvan üzrə nümayəndəsi Xəyal Abdullayev isə MMA və qrapplinq idman növlərinin təbliği və inkişafındakı xidmətlərinə görə fəxri diplomla təltif olunub.

İlk üç yeri tutan idmançılara diplom və medallarla mükafatlandırılıblar. Mükafatları nazir müavini Məcid Seyidov, federasiya prezidenti Azad Əsgərov və digərləri təqdim ediblər.

Nəticələrə əsasən Yusif Qasımov (25 kq), Ayxan Quliyev (32 kq), Məhəmməd Qasımov (38 kq), Nurəddin Əliyev (42 kq), Əli Əbilov (46 kq), Rahim Cəfərov (50 kq), Əbülfəz Cəfərov (52 kq), Məhəmməd Həsənov (54 kq), Musa Abdullayev (56 kq), Elgün Fərəcov (58 kq), Oğuz Məmmədli (61 kq), Əli Əsədli (64 kq) və Ravil Alməmmədov (73 kq) müvafiq çəki dərəcələrində birinci olublar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31