2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.

Futbolxeber.az saytına Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında Mehdi Budaqlı (48 kiloqram), Aydın Süleymanov (55 kiloqram), Ziya Həsənli (63 kiloqram), Yunis Hüseynov (73 kiloqram), Elcan Əliyev (+73 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Humay Dadaşova (49 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31