2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

AFFA nümayəndəsi “Future Leader in Football 2025" proqramına qatılıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin mütəxəssisi Nərmin Sidaliyeva Almaniyanın Lörrax şəhərində təşkil olunan “Future Leader in Football 2025" (Futbolda Gələcək Liderlər) proqramına qatılıb.

Futbolxeber.az saytının məlumatına görə, DFB, Alman Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) və “Volkswagen” tərəfindən təşkil olunan proqramda 25 fərqli ölkədən qadın iştirakçılar yer alıb.

Proqramın təşkilində məqsəd gender bərabərliyi, qadın liderliyinin gücləndirilməsi və qadınların futboldakı rolunun artırılması olub. Həmçinin iştirakçılara liderlik, strategiya qurmaq, sosial dəyişiklik təşviq etmək və beynəlxalq şəbəkə qurmaq bacarıqları öyrədilib.

Tədbirdə təqdimatçı kimi iştirak edən nümayişçi qonaqlar arasında UEFA-nın vitse-prezidenti Laura Makallister, Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness, UEFA-nın Qadınlar Futbolu direktoru Nadine Kessler, eyni zamanda Aleksandra Popp və Cessika Libbertz kimi nüfuzlu şəxslər yer alıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31