2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

"Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək

Avqustun 31-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq “Kürü keçək?!” adlı yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunur.

Sayca 4-cü dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. İştirakçılar hazırlıq səviyyəsinə uyğun olaraq iki əsas kateqoriya üzrə mübarizə aparacaqlar. “Peşəkarlar” kateqoriyasında 1050 metr, “Həvəskarlar” yarışında isə 350 metrlik məsafə qət ediləcək. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək.

Bu il ilk dəfə olaraq yarış 700 metr məsafəyə estafet yarışı da təşkil ediləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31