9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

“Sheki Open”in açılış mərasimi keçirilib

“Sheki Open” turnirinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.

Şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

Yarışın mükafat fondu 23450 manat təşkil edir. A qrupunun qalibi 5100, B qrupunda ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq.

Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, festival AŞF-nin "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca ikinci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31