2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı birinciliyi keçirilib.

Futbolxeber.az saytına AKAF-dan verilən məlumata görə, yarışda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, avarçəkənlər kayak növündə həm 1, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı birinciliyinin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, açıq Bakı birinciliyi və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığmanın heyətinə cəlb etməkdir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31