10 May 2026, Bazar günü
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Digər idman növləri

Qadın güləşçilərimiz Avropa çempionatında çıxışlarını başa vurublar

Azərbaycan qadın güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışlarını başa vurublar.

Futbolxeber.az saytının Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dördüncü yarış günündə Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı mübarizədən kənarlaşdırıb - 10:9.

Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Sıdeyeva ilə bacarmayıb - 0:10.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabı ilə məğlub olub.

Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb - 3:4.

Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabı ilə üstələsə də, belaruslu Anastasiya Komanavaya uduzub - 0:3.

Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31