1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qərar Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresində qəbul edilib.

Nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri yer alıblar.

Konqres çərçivəsində 2025-2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31