1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.

Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi SOCAR-ı təmsil edən Ehtibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci olub. İlahə Çələbiyeva (Gənclər və İdman Nazirliyi) ikinci, Mələkxanım Məmmədova (FHN) isə üçüncü pillədə qərarlaşıblar.

Kişilər arasında iki nəfərlik qayıq yarışında SOCAR birinci, GİN ikinci, FHN üçüncü olub.

Qarışıq komanda (kişilər və qadınlar) yarışında FHN birinci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ikinci, GİN isə üçüncü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31