Digər idman növləri
Avropa Cüdo Birliyi Olimpiya Hidayət Heydərovla bağlı yazı dərc edib
Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib.
Futbolxeber.az saytının məlumatına görə, məqalədə 27 yaşlı tatami ustasının Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxacağı qeyd olunub.
Bundan başqa, 73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü ilin əlamətdar olduğu, dünya və Avropa çempionatında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atdığı bildirilib.
Daha sonra EJU Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmanın fikirlərindən stat gətirib: “İki Olimpiya çempionumuzun həm rəsmi tədbirlərdə iştirak, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formada olmasaq da, bu, narahatedici deyil. Ən vacibi yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır”.
Məqalədə Hidayətin apreldə Avropa çempionatında iştirak etmək üçün tatamiya qayıtmaq istədiyi, lakin xəstələndiyinə və tam sağalmadığına görə yarışa qatıla bilməməsi əksini tapıb. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.
Beynəlxalq qurum Olimpiya və dünya çempionunun da fikirlərinə yer verib.
“Sadəcə, çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlməyi arzulayıram. Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”, - deyə o bildirib.
Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib: “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”.
Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.
Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib.
“Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur - yalnız irəli”, - təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi instaqram hesabında bunları yazmışdı.
Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya sevgisi daha üstün gəlib: “Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
09:30
Azərbaycan Lixtenşteynə qarşı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























