9 Yanvar 2026, Cümə
"Sumqayıt" "Pakş"a məğlub oldu
“Qarabağ” Renata təklif göndərib?
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları

Digər idman növləri

Həndbol üzrə ölkə birinciliyinə yekun vurulub

Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.

Nəticələrə əsasən, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb. "Bakı-2" ikinci, "Qazax" kollektivi isə üçüncü yerin sahibi olublar.

Qızların mübarizəsində də “Bakı-1” bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, "Gəncə" isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, oğlanların yarışında 7, qızların birinciliyində isə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31