17 Sentyabr 2026, Cümə axşamı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Şamaxıda güləş zalı istifadəyə verilib

Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi ilə növbəti güləş zalının açılışı olub.

Futbolxeber.az saytına AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı şəhərində müasir tələblərə cavab verən yeni güləş zalı istifadəyə verilib.

Açılış mərasimində AGF-nin baş katibi Nəsimi Musayev, Şamaxı gənclər idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Əfəndiyev, I-S dərəcəli hakim, icra başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev, qadın güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarov, veteran güləşçilər – Hacıbaba Şıxıyev və Ədalət Həmidov iştirak ediblər. Qonaqlar bu güləş mərkəzinin Şamaxının sərbəst güləş ənənələrini yaşadacağına inam ifadə ediblər.

Zal Şamaxı şəhər stadionunun nəzdində fəaliyyət göstərir. Aşıq Məmmədağa küçəsində yerləşən güləş mərkəzində uşaq, yeniyetmə və gənclər üçün sərbəst güləş üzrə ödənişsiz məşqlər təşkil olunur. Müasir avadanlıqlarla təchiz olunan zal həm də AGF-nin regional hazırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Layihənin məqsədi bölgədə güləşin inkişafına töhfə vermək, yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.

Qeyd edək ki, AGF bu istiqamətdə silsilə tədbirləri davam etdirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30