17 Sentyabr 2026, Cümə axşamı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Sahib Ələkbərov: "Növbəti “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlkilərdən daha əhatəli olacaq"

“2026-cı ildə keçirilməsi planlaşdırılan “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlki illərdə təşkil edilən analoji turnirlərdən daha əhatəli olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.

O, yarışla bağlı fikirlərini bölüşüb: "Bu, əvvəlki illərdəkindən daha əhatəli olacaq. Beş mərhələdən ibarət turnirin 2026-cı ildə təqvim planına daxil edilməsi üçün Beynəlxalq Velosipedçilər İttifaqına rəsmi müraciət artıq göndərilib. Bunun qəbul olunacağını güman edirik. “Tour d’Azerbaidjan” yarışının 20 şəhər və rayonun ərazisindən keçməsi nəzərdə tutulur. Əvvəlcə Bakıdan start götürəcəyik. Velosipedçilər işğaldan azad olunmuş ərazilərdən, Xankəndidən də keçəcəklər. Sonuncu mərhələdə finiş xəttimiz isə Şuşada olacaq".

Qeyd edək ki, 2026-cı ildə gerçəkləşməsi planlaşdırılan “Tour d’Azerbaidjan”da birinci mərhələ Bakı-Sumqayıt, ikinci mərhələ Bakı-Şamaxı-İsmayıllı, üçüncü mərhələ Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, dördüncü mərhələ Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə, beşinci mərhələ isə Gəncə-Tərtər-Xankəndi-Şuşa marşrutu üzrə həyata keçiriləcək. Sözügedən velosiped yarışı daha əvvəl, 2013-2017-ci illər aralığında 5 dəfə təşkil olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30