20 Oktyabr 2025, Bazar ertəsi
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Digər idman növləri

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüşüb.

Futbolxeber.az saytına bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Toplantıda parapauerliftinqçilər və məşqçinin fikirləri dinlənilib. Böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, MPK-nın İdman şöbəsinin müdiri Cavad Axundzadə, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Dünya Kubokunda 3 qızıl və 3 gümüş medal qazanıblar. Rəsul Zəkiyev (88 kq) gənclər arasında iki qızıl, Pərvin Məmmədov (49 kq) bir qızıl və bir gümüş, Talib Zeynalov (+107 kq) ilə Zəhra Dadaşova (61 kq) isə gümüş mükafat əldə edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31